Xoşqədəm evindən oğurluq edilən gözdən əlilə qız axtarır - Yeddi arxa dönənin yoxlayacam - FOTO

13 Mart 2019 15:39

Gözdən əlil Elçin Abbasovun kirayə yaşadığı evdən oğurluqla bağlı məlumat vermişdik.

Milli.Az xəbər verir ki, Xoşqədəm Hidayətqızı aparıcısı olduğu proqramda subay olan Elçinə "İcazə verirsən səni evləndirim?" təklifi edib.

O, aparıcının təklifini müsbət qarşılayıb. Xoşqədəm Elçin üçün tapacağı qızın əsli-kökünü araşdıracağını efirdən bəyan edib:

"Elçin, söz verirəm sənə ki, xoşuna gələn qız olsa, sənə yaxşı toy edəcəyik. Amma qorxuram, açıq deyim. Deyirəm birdən Elçinə layiq bir qız olmaz, Elçini incidər, onun ürəyinə dəyər. Mən ömür boyu peşiman olaram. O qızın yeddi arxa dönənin yoxlayacam. Vardan-dövlətdən önəmli nəsli-köküdür. Mənə artıq 10-15 nəfər yazıb. Qızlar, hər birinizin mesajını oxudum. Sizin hər birinizin yeddi arxa dönəninizi yoxlayıb, sonra Elçinin qarşısına çıxardacam". 

Məhəmməd Vaqif
Milli.Az