Türkiyədə gün ərzində iki zəlzələ baş verib

13 Mart 2019 17:27

Türkiyənin Çanaqqala vilayətində gün ərzində iki zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların gücü Rixter cədvəli ilə 3,7 və 3,4 bala bərabər olub.

Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub.

Hadisə nəticəsində hər hansı bir fəsad qeydə alınmayıb.

Milli.Az