BMT-nin İnkişaf Proqramı Azərbaycanda İKT sahəsinin inkişafı üçün atılan addımları yüksək qiymətləndirir

13 Mart 2019 13:48

BMT-nin İnkişaf Proqramı Azərbaycanda İKT sahəsinin inkişafı üçün atılan addımları və "elektron hökumət" sisteminə tam keçidi yüksək qiymətləndirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə regional bürosunun direktoru Miryana Egge Bakıda kibertəhlükəsizliyə həsr olunmuş internet idarəetməsi üzrə 6-cı Regional forumda deyib.

O qeyd edib ki, internet və informasiya texnologiyaları cəmiyyətin vacib tərkib hissəsidir.

Regional forumun rolundan danışan M.Egge vurğulayıb ki, bu tədbir internet texnologiyalarının potensialını öyrənmək və kibertəhlükələrdən qaçmaq imkanlarını yaradacaq.

Milli.Az