Şəbnəm Tovuzlu üzünü göstərmədiyi "Hacı" ilə Dubayda - FOTO

13 Mart 2019 15:25

Müğənni Şəbnəm Tovuzlu həyat yoldaşı ilə Dubaya yollanıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, müğənni səhrada çəkilən tətil fotolarını sosial şəbəkədə paylaşıb. Ulduzun xüsusilə əri ilə şəkilləri diqqət çəkib. Məsələ ondadır ki, həyat yoldaşını gizli saxlayan Şəbnəm Tovuzlu şəkillərdə ərinin üzünü örtüb.

Məlumat üçün bildirək ki, iddialara görə, müğənninin həyat yoldaşı "Hacı" ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan "Məmmədoğullar" MMC-nin sahibi Ramazan Mirzəyevdir.

Milli.Az