“Kirkorovu öldürmək istəyirdik” - Dağıstanlı İŞİD üzvündən ETİRAF - YENİLƏNİB

13 Mart 2019 14:15

14:15

Dörd Dağıstan vətəndaşı Filipp Kirkorovun 2017-ci ildə Mahaçqalada keçirilmiş konsertində terror aktı hazırlamaqda ittiham olunub. 
 
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyindən bildirilib.
 
Məlumata görə, təqsirləndirilən şəxslər İŞİD terror təşkilatının üzvləri olub. Xıdırnəbi Kazuyev, Həbibulla Xalduzov, Samir İbrahimov 2017-ci ilin yazında Mahaçqalada terror aktları törətməyi planlaşdırıblar və məkan kimi F.Kirkorovun konsert verdiyi salonu seçiblər. 
Sonradan onlara qoşulan Şamil Maqomedov isə planın gerçəkləşməsi üçün lazımi partlayıcılarla qrup üzvlərini təmin edib. 
 
Plan haqqında məlumatlı olan polis əməkdaşları şübhəli şəxsləri vaxtında zərəsizləşdirərərk terror aktının qarşısını ala bilib. 2017-ci ilin payızında isə dördüncü terrorçu saxlanılıb. 
 
Xıdırnəbi Kazuyev istintaqa ifadəsində bildirib ki, onların məqsədi tamaşaçıları deyil, məhz Kirkorovu öldürmək olub: "Əslində Kirkorovu öldürmək istəyirdik, lakin qərarımızdan vaz keçdik, daha çox insanın həlak ola biləcəyindən ehtiyatlandıq".   

----------
14:14

Dağıstanın 4 sakini məşhur müğənni Filip Kirkorovun 2017-ci ilin mayında Mahaçqaladakı konsertində terror aktı hazırlamaqda ittiham olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda istintaq başa çatıb, cinayət işinin materialları ilə tanışlıq gedir.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, İŞİD terror qurplaşması ilə əlaqəsi olan Xıdırnəbi Kazuyev, Həbibulla Xalduzov, Samir İbrahimov F.Kirkorovun konsertində partlayış törətməyi planlaşdırıblar. Sonradan onlara qoşulan Şamil Maqomedov isə bomba hazırlanması üçün lazım olan vasitələri əldə edib. Lakin terrorçuların çox sayda insanın zərər çəkə biləcəyini düşünərək plandan imtina etdikləri bildirilir.

Milli.Az