Türkiyədə danimarkalı İŞİD terrorçusu saxlanıldı

13 Mart 2019 13:27

Türkiyənin Bursa vilayətində İŞİD terror təşkilatının qadın üzvü saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, saxlanan şəxs Livan əsilli Danimarka vətəndaşıdır.

Onun Türkiyəyə Suriya ərazisindən qeyri-leqal şəkildə keçdiyi məlum olub.

Qeyd olunur ki, həmin şəxs qadınların İŞİD sıralarına cəlb olunmasında fəal iştirak edib.

Bundan başqa, paytaxt Ankarada keçirilmiş əməliyyat nəticəsində İŞİD-in daha 14 üzvü saxlanılıb.

Milli.Az