Maykl Cekson azyaşlı ilə üzük alarkən kameraya düşüb - Arxiv VİDEO

13 Mart 2019 12:10

Pop dünyasının əfsanəvi ulduzu Maykl Ceksonla bağlı video yayılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərdə Maykl Ceksonun azyaşlı ilə birlikdə zərgərlik malları satılan mağazaya gələrək üzük alması əks olunub.

Kadrlar 1989-cu ildə, Kaliforniyada çəkilib. Maykl tanınmamaq üçün süni bığdan və parikdən istifadə edib.

Görüntülər qızıl mağazasının təhlükəsizlik kamerasına düşüb. Həmin vaxt bununla bağlı efirə süjet də verilib.

Süjetdə mağazada mühafizəçi işləyənlər onun Maykl Cekson olduğunu təsdiqləyib və iddialarına görə, onlar məşhurla söhbət də ediblər.

Milli.Az sözügedən görüntüləri təqdim edir:

Qeyd edək ki, Maykl Ceksonun uşaqları cinsi istismar etdiyi iddia olunur.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Maykl Cekson azyaşlı ilə üzük alarkən kameraya düşüb