Kapitan “Yuventus”da 500-cü oyununu keçirdi

13 Mart 2019 10:44

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniyanın "Atletiko" klubu ilə cavab oyunu (3:0, ilk oyun 0:2) İtaliya çempionu "Yuventus"un kapitanı Corco Kyellini üçün əlamətdar olub.

Milli.Az xəbər verir ki, o, Turin klubunun heyətində 500-cü oyununu keçirib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

35 yaşlı müdafiəçi bu göstəricidə 5-ci sıraya yüksəlib. "Yuventus" formasında Kyellinidən daha çox oyun keçirmiş futbolçular isə bunlardı:

Alessandro Del Pyero (705)
Canluici Buffon (656)
Qaetano Şirea (552)
Cüzeppe Furino (528)

Milli.Az