Biləcəridə mağaza yandı

13 Mart 2019 10:57

Biləcəridə ərzaq mağazası yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində ümumi sahəsi 100 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisində olan mallar qismən yanıb.

Mağazanın anbarı və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az