Murat Boz Bakıdadır - FOTO

13 Mart 2019 09:40

Türkiyəli ifaçı Murat Boz ötən gecə Bakıya gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu gün qala gecəsi keçiriləcək "Öldür beni sevgilim" filminə görə paytaxta təşrif buyurub.

Gecə 03:00 radələrində havalimanına enən sənətçi fanatları ilə şəkil də çəkdirib. Qeyd edək ki, bu, müğənninin Bakıya ilk gəlişi deyil. O, daha öncə iki dəfə ölkəmizi ziyarət edib.

Milli.Az