İtaliyanın "Yuventus" klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu Çempionlar Liqasının 1/8 mərhələsində möhtəşəm oyun nümayiş etdirib.
Milli.Az bildirir ki, o, "Allianz Stadium"da Madridin "Atletiko" klubuna qarşı matçda rəqib qapısına 3 qol vurub, het-trik edib. İlk matçda "Atletiko"ya 0:2 hesabla uduzmuş "Yuventus" bununla da ÇL-nin 1/4 finalına çıxıb.
Arenanın tribunalarındakı tamaşaçılar arasında Kristianu Ronaldunun xanımı Corcina Rodriges və böyük oğlu, 8 yaşlı Kriştianu də vardı.
Ronaldu matçda üçüncü qolvunu vuranda C.Rodriges şisslərinə hakim ola bilməyərək ağlayıb.
Milli.Az