"Kürk geyinən hər kəs qatildir"

13 Mart 2019 09:12

Müğənni Ferhat Göçerin sevgilisi Ömür Gedik ötən gün alış-veriş mərkəzlərindən birində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, kürk geyinən insanları tənqid edib. Belə ki, əsəbiləşən Ömür bu sözləri deyib:

"Bülent Ersoy qətliama davam edir. Sadəcə, o, yox, kim kürk geyinirsə, mənim gözümdə qatildir".

Qeyd edək ki, son günlər Türkiyədə kürkdən istifadə edən məşhurlar insanların tənqidinə məruz qalıb.

Müğənni 11 illik münasibətində yaranan gərginlikdən də danışıb və artıq barışdıqlarını bildirib.

Milli.Az