"İkibaşlı" körpəni atası diri-diri basdırmaq istədi - VİDEO - FOTO

13 Mart 2019 16:02

Hindistanda atasının diri-diri basdırmaq istədiyi körpə xilas olunub. O, xəstəxanaya aparılıb və əməliyyat edilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Hindistanın Kəşmir bölgəsinin Novhatta şəhərində yaşanıb.

Uşaq ikibaşlı doğulmuşdu. Disfunksinal beyin materiyası sindromu olan bu anadangəlmə xəstəliyə 5 min doğuşdan bir rast gəlinir.

Oğlunun anormal doğulduğunu görən ata onu məzarlığa aparıb və diri-diri basdırmağa çalışıb.

Lakin qəbiristanlıqdakı məzarqazan səsi eşidib və ata uşağı qazdığı çuxura atanda baş verənləri görüb.

Məzarqazanı görən ata qaçıb.

Uşaq xəstəxanaya aparılıb.

Şeri-Kəşmirdəki hospitalda cərrah Əbdül Rəşid Bhatın rəhbərliyi ilə əməlimyyat keçirilib və 1,8 kq ağırlığındakı şiş kəsilərək götürülüb.

Uşağın atası həbs olunub.

Körpəni əmisi övladlığa götürüb.

Milli.Az