Moskva prospektində şəhərə giriş dayandı - SƏBƏB

13 Mart 2019 09:06

Bakıda səhər saatlarında baş vermiş yol qəzası tıxaca səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Moskva prospektində qeydə alınıb.

Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində yaranmış tıxac səbəbindən mərkəzə doğru nəqliyyatın hərəkəti dayanıb.

Milli.Az