Tramp İrana qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatdı

13 Mart 2019 08:33

ABŞ prezidenti Donald Trump İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, söhbət 1995-ci ildə Bill Klintonun administrasiyası zamanı tətbiq olunan sanksiya rejimindən gedir.

Trump Konqressə İranla "fövqəladə vəziyyətin" qüvvədə olma müddətinin növbəti bir ilə uzatdığı barədə bildiriş göndərib.

Milli.Az