ABŞ-ın Ohayo ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Piper" tipli təyyarə Madeyra şəhəri yaxınlığında yaşayış evinin üstünə düşüb. Hadisə nəticəsində pilot həlak olub.
Təyyarənin düşdüyü evin sakinlərindən xəsarət alan olmayıb. Təyyarənin göyərtəsində neçə nəfərin olduğu məlum deyil.
Milli.Az