Bakıda qaçırılan avtomobil Sumqayıtda aşkarlanıb

13 Mart 2019 08:20

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ü.Kərimov martın 10-da A.Məhərrəmov küçəsindən "Mercedes" markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kəlbiyev nəqliyyat vasitəsi ilə birgə Sumqayıt şəhəri ərazisində müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az