Mingəçevir sakinin ov tüfəngi yoxa çıxıb - FOTO

12 Mart 2019 23:57

Mingəçevir sakini ehtiyatsızlıq ucbatından qoşa lülə ov tüfəngini itirib.  

Milli.Az ONA.az-a istinadən xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsi ilə Dilarə Əliyeva küçələrinin kəsişmə hissəsində baş verib.

Ehtiyatsızlıq və unutqanlıq nəticəsində 1959-cu il təvəllüdlü şəhər sakini Təhməz Balaca oğlu Balacayev İJ-27 ( alt-üst qoşa lülə) markalı ov tüfəngini və 24 patronluq (patrondaş) qatarını itirib.

Təhməz Balacayev ONA-nın yerli bürosuna verdiyi məlumatda silah və sursatın özünə məxsus "VAZ 21 07" markalı avtomobilin üstündən yoxa çıxdığını bildirib:

Tüfəngi patron qatarı ilə birgə qabında avtomobilin üzərinə qoymuşdum. Bir anlıq qaraja daxil olub yenidən sükan arxasına əyləşdim və yola düşdüm. Silahın maşının üstündə qaldığını xatırlayanda artıq gec idi. Dərhal şəhər Polis şöbəsinə baş vermiş hadisə ilə bağlı müraciət etdim".

Tüfəngin sahibi silahı tapan şəxsi mükafatlandırmaq niyyətindədir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az