Azərbaycan filmi Rumıniyada keçiriləcək beynəlxalq festivalda nümayiş olunacaq

12 Mart 2019 23:53

Müstəqil Dövlətlər Birliyi ölkələrindən olan ekran əsərlərinin çoxluq təşkil etdiyi "Aripi" ("Qanadlar") film festivalı Buxarestdə Rumın Kənd muzeyində martın 12-də reallaşacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, festivalda müxtəlif ölkələrin filmləri ilə yanaşı, İmam Həsənovun rejissor olduğu, Azərbaycan kəndinin gözəlliyi və çətinliyini əks etdirən "Müqəddəs inək" sənədli filmi də nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan, Almaniya və Rumıniyanın birgə istehsalı olan "Müqəddəs inək" filmi artıq Avropanın bir çox ölkələrində nümayiş olunub və tamaşaçıların rəğbətini qazanıb.

Milli.Az