Ucarda 4 otaqlı ev yanıb

12 Mart 2019 23:07

Ucarda yanğın hadisəsi qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Bərgüşad kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az