Lənkəranda 45 yaşlı kişi çayda boğuldu - FOTO

12 Mart 2019 22:51

Lənkəran sakini Veravul çayında boğulub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Veravul kəndində baş verib. Kənd sakini, 45 yaşlı Şamu Hacıyev ehtiyatsızlıqdan çaya yıxılıb, çay çox dərin olduğundan o suda batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırılıb.

FHN-nin xilasediciləri axtarışlardan sonra onun cəsədini tapıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az