Göyçayda "İnfiniti" və "Jiquli" toqquşub, yaralılar var

12 Mart 2019 21:49

Göyçayda iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.  

Milli.Az ONA.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"İnfiniti" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan iki nəfər-Göyçayın Yeniarx kənd sakini 1990-cı il təvəllüdlü Abdullayev Taleh Əmraslan oğlu və Xəlitli kənd sakini 1998-ci il təvəllüdlü Qasımov Anar Şakir oğlu müxfəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az