"Mançester Yunayted"də yeni müqavilə

12 Mart 2019 21:16

"Mançester Yunayted" futbolçusu Andreas Pereyra ilə müqavilənin müddətini uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə müqavilənin müddətinin 2020-ci ilin iyununa kimi uzadılması ilə bağlı bənd aktivləşdirilib.

Qeyd edək ki, A.Pereyra bu mövsüm İngiltərə Premyer Liqasında 9 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.

Milli.Az