Karius "Liverpul"a qayıdır? - Şenol Günəş narazıdır

12 Mart 2019 21:11

"Beşiktaş"ın yayda "Liverpul"dan 2 illik icarəyə götürdüyü Loris Karius bu mövsümün sonunda İngiltərə klubuna qayıda bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş almaniyalı qolkiperin çıxışından razı deyil. Son oyunlarda inamsız təsir bağışlayan 25 yaşlı qapıçının növbəti mövsümdə "Beşiktaş"da olmayacağı bildirilib.

Qeyd edək ki, Karius "Liverpul"a 2016-cı ildə "Maynts"dan 7,5 milyon avro qarşılığında keçib.

Milli.Az