Sürücüsüz avtomobillərin sayına görə lider ölkələrin SİYAHISI

12 Mart 2019 20:39

Hollandiya dünyada "Sürücüsüz avtomobillərin hazırlıq indeksi" ilə bağlı tərtib olunan siyahıya rəhbərlik edir. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, siyahıda ikinci yerdə Sinqapur qərarlaşıb.

Ötən il bu siyahıda ilk üçlükdə yer alan ABŞ isə, bu dəfə 4-cü yerdə qərar tutub. Cari ildə Norveç ABŞ-ın yerini əlindən alaraq 3-cü olub.

"Sürücüsüz avtomobillərin hazırlıq indeksi" ilə bağlı 25 ölkənin yer aldığı siyahıda olan Finlandiyada da sürücüsüz avtmobillərlə bağlı müxtəlif işlər görülür. Finlandiyada bu avtomobillərin qış saatlarında necə çalışması məsələsi daha geniş öyrənilir.

Qeyd edək ki, Avropanın 6 ölkəsi ilk 10-da yer alıb.

Milli.Az