Damla işçisini polisə verdi

12 Mart 2019 18:39

Müğənni Damla bir müddət əvvəl "YouTube"dan silinən kanalı ilə bağlı işçisindən şikayət edib.

Milli.Az News24.az-a istinadən xəbər verir ki, ifaçının komandası hazırda kanalın bərpası üzərində çalışır.

Damlanın prodüseri Şamil açıqlamasında baş verən hadisəni təsdiq edib:

"Hazırda "YouTube"-a kanalının bərpası üçün lazımı məlumatlar verilib və bu yöndə işlər gedir.

Damla xanımın "YouTube" kanalını idarə edən Rafis Cəfərzadə ilə bağlı polisə  müraciət etsək də heç bir nəticə əldə etmədik. Yəni, sübutumuz yoxdur.

Kanalı sildirməyinə səbəb isə idarəetməni ondan almağımzdır. Sadəcə olaraq hesaba başqa bir mail açmışdı və onun sayəsində daxil olaraq, pis əməlini yerinə yetirib.

Bunu bir çox məşhurlar da təsdiq edər ki, bu sistemə qoşulanlar ayrılmaq istədikdə mübahisə düşür.

Onu da vurğulayım ki, biz "YouTube"dan gəlir əldə etmirdik. Yəni illərdir Rafis idarə etdiyi üçün maddi gəliri o götürürdü. Damla xanımın həmin pula ehtiyacı olmadığı üçün ona ödənilib".

Prodüser açıqlamasının sonunda onu da bildiirb ki, polis işi bağlamayıb.

Hazırda araşdırma aparılır.

Milli.Az