Transplantasiya üçün xəstəxanalarla yanaşı, ayrı-ayrı həkimlərə də icazənin verilməsi təklif edilir

12 Mart 2019 16:46

Azərbaycanda orqan transplantasiyasının aparılması üçün dövlət tərəfindən icazənin yalnız xəstəxanalara deyil, ayrı-ayrı həkimlərə də verilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu tibb elmləri doktoru Nuru Bayramov orqan transplantasiyası üzrə keçirilən dinləmələrdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən, transplantasiyanın aparılması üçün icazə həkimlərə deyil, yalnız xəstəxanalara verir:

"Amma dünya təcrübəsində həkimlərə də orqan tranplantasiyasının aparılması üçün icazə verilir. Ona görə də dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da xəstəxanalarla yanaşı, mütəxəssislərə də tranplantasiyanın aparılması üçün icazə verilsin".

Milli.Az