BlackBerry bükülən smartfonları bəyənmir

14 Mart 2019 07:41

Bükülən smartfonlar hələ bazara çıxarılmamalıdır, çünki belə qurğuların təkmilləşdirilməsinə ehtiyac var. Bu haqda "BlackBerry" şirkətinin icraçı direktoru Con Çen deyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, onun fikrincə, belə smartfonların qiyməti çox baha, çəkisi ağır və istifadədə narahatdırlar, həmçinin başqa texniki problemlərə malikdirlər.
 
"Apple", "Samsung" və "Huawei" şirkətləri bükülən smartfonların hazırlanması ilə məşğul olurlar. Belə smartfonların istehsalında əsas problem kifayət qədər möhkəm və uzunömürlü ekranın yaradılması ilə bağlıdır.

Milli.Az