Vivo X27 ön sifarişin ilk günündə 280 mindən çox sifariş aldı

14 Mart 2019 08:05

Vivo X27 Çinin rəsmi satış mağazasında ön sifariş üçün açıqdır.

19 mart tarixində satışa buraxılacaq yeni smartfonun ilk gün 288.557 ön sifarişlə cihaza olan marağı göstərir.

Milli.Az chip.az-a istinadən bildirir ki, son illərdə müvəffəqiyyətli smartfonlara sahib dünya səviyyəsində bir Çin smartfon istehsalçısı olan Vivo, yeni Vivo X27-ni 19 mart tarixində ön sifariş üçün açdı. Texniki özəllikləri daha əvvəl TENAA-da da görünən smartfona ilk gündən təəccübləndirici bir şəkildə çox tələb gəldi.

Mavi və çəhrayı şüşə arxa panellərə malik Vivo X27 48 MP + 13 MP + 5 MP piksel 3 kameradan ibarət arxa kamera seti ilə gəlir. Smartfonda 2340x1080 piksel 6.39 düymlük AMOLED displey quraşdırılıb.

Vivo 91.6% ekran gövdəsi ilə ekrandan maksimum istifadə imkanı yaradır. Vivo X27-in çip setinin Qualcomm Snapdragon 710 SoC olduğu təxmin edilir.

Vivo X27 son zamanlar ekranda quraşdırılmış Android 9.0 Pie əməliyyat sistemi ilə gəlir. Qurğu sürətli şarj cihazı ilə təchiz edilmişdir və 3,920 mAh batareya mövcuddur.

8 GB-lik RAM-nin yanında, cihaz 125 GB və 256 GB saxlama variantları ilə satışa buraxılan cihaz AnTuTu-da 170,000 bal alıb. Vivo X27-nin yalnız Çində deyil, satışa çıxacaq başqa ölkələrdə də çox məşhur bir smartfon olması gözlənilir.

Milli.Az