NASA yeni sistem SLS haqqında informasiya yayımladı

14 Mart 2019 08:15

NASA gələcəyin astronavtlarını aya və ondan da uzağa aparacaq Space Launch System adlı yeni bir nəsil fırlatma sistemi üzərində işləyir.

Milli.Az chip.az-a istinadən bildirir ki, Kosmos Agentliyi 2020-ci ildə ilk kəşf missiyasını həyata keçirəcək Exploration Mission-1 (EM-1) istiqamətində irəliləyişini də açıqladı.

NASA-nın Space Launch System (SLS) adını verdiyi fırlatma sisteminin ilk hissəsi Orion adlı bir qrup kapsuldur. Kapsul üzərində çalışan mühəndislər indi qrupları və xidmət modullarını bir yerə yığaraq düzgün şəkildə çalışdıqlarını yoxlamaq üçün çalışırlar.

Fitting adlı bu testlərdən sonra yığılmış modullar elektromaqnit müdaxiləsinə qarşı termal vakuum mühitində sınaqdan keçiriləcək və Ohayo ştatının Plum Brook Station-a aparılacaqlar. Buradakı proses başa çatdıqdan sonra SLS əvvəli yekun testlər Kennedy Kosmos Mərkəzində keçiriləcəkdir.

Sistemin ikinci hissəsi SLS raketidir. İlk uçuşun ilk mərhələsi tamamilə hazırlanan SLS raketi dünyanın ən güclü sistemi olacaq. Bütün bu hazırlıqlar 2020-ci ildə reallaşacaq EM-1 insansız sınaq uçuşu üçün nəzərdə tutulub. Bundan başqa NASA 2023-cü ildə aya olan EM-2 missiyası ilə bir astronavt komanda göndərməyi hədəfləyir.

Milli.Az