Yaponiya kosmosda asteroidi atəşə tutub

14 Mart 2019 22:10

Yaponiyanın "Hayabusa2" qurğusu "162173)" Ryuqu asteroidinin üzərinə toxunaraq, ona xususi güllə ilə atəş açaraq, asteroiddən qopon parçaları əldə etmişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, uğurla keçirilən işlər kosmik agentliyində müsbət iş kimi qeyd olunmuşdur. Mütəxəssislər asteroidin üzərində çala yaratmağı planlaşdırır. Çala yaradılandan sonra, aparat yenidən asteroidin üzərinə enərək nümunə götürmə prosesini təkrar etdirəcək.

"Hayabusa 2" aparatı "H-IIA 202" raketi tərəfindən 2014-ci ildə Yaponiyanın Taneqasima kosmodromundan buraxılmışdır. Aparat, Ryuqu asteroidinə 2018-ci ildə yaxınlaşmışdır. Missiyanın məqsədi, yer qrupuna aid olan planetlərin mənşəyini öyrənməkdir.

Milli.Az