Gülbən Ərgənin yeni sevgilisi üzə çıxdı - FOTO

13 Mart 2019 06:30

Ötən ilin sentyabr ayında Burak Törerdən ayrılan Gülbən Ərgən haqqında yeni məlumat üzə çıxıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bir müddət tənha qalan Gülbən musiqiçi Emre İrmakla görüşür.

2008-ci ildə "Sürpriz" mahnısının bəstəkarlarından biri olan Emre İrmak ilə son dövrlər tez-tez görüşən Gülbənin musiqiçi ilə münasibətlərinin sevgiyə çevrilidyi öyrənilib. Cütlük münasibətlərinin nikah masasına qədər davam edəcəyini bildirir.

Emre İrmak 1977-ci ilin 27 may tarixində İstanbulda anadan olub. Atası musiqiçidir və 5 yaşından piano dərsləri alıb. 7 yaşında ilk solo konsertini verib. Bir sıra məşhurlarla əməkdaşlıq edib, müxtəlif mükafatlar qazanıb.

Milli.Az