40 min insan sümüyündən inşa edilən kilsə - DƏHŞƏTLİ FOTOLAR

13 Mart 2019 07:07

40 min insan sümüyündən inşa edilən Seldek kilsəsi görənləri qorxuya salır.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, sözügedən kilsə Çex respublikasının paytaxtı Praqa yaxınlığında yerləşir.

Böyük bir qəbirstanlığın ortasında olan kilsənin hekayəsi XIII əsrə aiddir. İnanca görə, Sedlek monastrının baş rahibi Henrix Çex kralı II Otakor tərəfindən 1278-ci ildə Müqəddəs Torpaqlara elçi kimi göndərilib. Xidmətini başa vuran Henrix Qüdsdən qayıdanda İsanın çarmıxa çəkildiyi Qolqotadan bir ovuc toraq götürür və bu torpağı Seldekdəki Kunta Horadakı kilsənin qəbirstanlığına səpir. Bir çoxları üçün isə qəbirstanlıq Müqəddəs Torpaqların bir parçası kimi qəbul edildi və hamı oraya dəfn edilmək istədi. XIV əsrdə vəba epidemiyası başlayanda qəbir sayı artmağa başladı. Çünki epidemiya 40 min insanın ölümünə səbəb oldu.

Bundan başqa 1421-ci ildə Husit müharibələri başladı. Husitlər (çex islahatçı dini cərəyan) kilsəyə basqın edib 500 keşişi qətlə yetirdilər. Müharibədə ölən bir çox insan kilsənin yaxınlığındakı Kunta Hora qəbirstanlığında dəfn edildi. Qəbir sayı çox olduğu üçün qəbirstanlığın ərazisini 35 hektar artırdılar.
Şvarzenberq ailəsi husitlər tərəfindən dağıdılan kilsəni təmir etməyi boynuna götürdü. Amma ölü sayı artdığı üçün qəbirstanlıq problemi getdikcə böyüyürdü. Nəhayət, xristian dininin adətlərinə uyğun olaraq bir üsula baş vuruldu. Qəbirlərdən çıxarılan insan sümükləri üçün xüsusi yer inşa edildi. Bu binaya şapel adı verilir.

XVI əsrdə isə bu qeyri-adi kilsə memar Santini tərəfindən yenidən dizayn edildi. Kilsədəki minlərlə insan sümüyü hər gün dizinfeksiya edilir və dərman vurulur. Hər il 500 mindən çox turist bu kilsəni ziyarət edir.

Milli.Az