Köçəryan böyük siyasətə qayıdışdan danışdı!

8 Aprel 2010 18:16
Milli.Az xəbər portalının news.am saytına istinadən verdiyi məlumata görə, o, son zamanlar böyük siyasətə qayıtmağa hazırlaşması haqda yayılan xəbərlərə münasibət bildirib. Eks-prezident Levon Ter-Petrosyan və onun rəhbərlik etdiyi Erməni Milli Konqresinin (EMK) ünvanına ittihamlar səsləndirən Köçəryan bildirib ki, bu qüvvələr onun guya böyük siyasətə qayıtmağa hazırlaşması haqda fikirlər uydurur, sonradan bu, baş vermədikdə isə guya məhz EMK-nin prosesin qarşısını aldığına dair görüntü yaratmağa çalışırlar.

"Mənim hər hansı açıqlamam və ya səfərim onlarda təlaş yaradır", - deyə sabiq dövlət başçısı bildirib: "Mən böyük siyasətə qayıtmaq qərarına gəlsəm, bunu birbaşa və açıq şəkildə bəyan edəcəm! Necə ki həmişə açıq danışmışam!"

Milli.Az