San-Pauluda daşqınlar: 12 ölü - FOTO

12 Mart 2019 07:55

Braziliyanın San-Paulu ştatında güclü yağışlar daşqınlara səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, daşqınlar nəticəsində azı 12 nəfər həlak olub.

Meteoroloqlar güclü yağışların azı 48 saat davam edəcəyini düşünürlər.

Ştatın qubernatoru Joau Doria əhalini ehtiyac olmadan evlərindən çıxmamağa çağırıb: "Bu çətinliklərdən qaçmağa və həyatınızı təhlükəyə atmamağa imkan verəcək".

Qeyd edək ki, güclü yağışlar ötən gün başlayıb və bütün gücə davam edib.

Milli.Az