Rusiyada bir nəfər "donuz qripi"ndən ölüb

10 Mart 2019 23:00

Rusiyanın Surqut şəhərində bir nəfər "donuz qripi"ndən ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, reanimasiyaya yerləşdirilən kişi martın 6-da dünyasını dəyişsə də, hadisədən ancaq bu gün xəbər tutulub.  Məlumatı "Mash" telegram-telekanalı yayıb. 

Xəstənin fevralın 27-dən yerli xəstəxanalardan birinə yerləşdirildiyi məlum olub. Həkimlərin səyinə baxmayaraq, onun vəziyyəti getdikcə pisləşib. 

Hadisə ilə bağlı rəsmi məlumat yayılmayıb.

Milli.Az