Bu qidalar B12 vitamini ilə zəngindir

16 Mart 2019 20:40

Özünüzü çox yorğun, iştahasız, unutqan hiss edirsiniz? Bu narahatlığı yaradan səbəblərdən biri B12 vitamin çatışmazlığı ola bilər. Problemi aradan qaldırmağın ən yaxşı yolu isə B12 vitamini ilə zəngin qidalar yeməkdir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bəs bunlar hansı qidalardır?

Dəniz ilbizi

B12 ilə zəngin qidaların önündə gedir. Tərkibində sink, mis, fosfor və dəmir də yüksək miqdardadır.

Taxıllar

Taxıl məhsullarının tərkibində B12 vitamini var. Kəpəkli və tərkibində əlavə şəkər olmayan taxıl məhsullarına üstünlük verin.

Somon balığı

Somon balığının yarım filesində 9 qram B12 var.

Pendir

Yüksək xolesterollu qida olsa da, tərkibi kalsium, protein və B12 vitamini ilə zəngindir.

Yumurta

Çiy yumurta sarısı 100 qram B12 vitamini deməkdir. Bu baxımdan toyuq yumurtası zəngin qida qaynağıdır.

Süd və süd məhsulları

Vegetarianlar üçün ən yaxşı B12 qaynağı süd və süd məhsullarıdır.

Qırmızı ət

Qırmızı ət və toyuq əti B12 vitamini qaynağıdır. Tərkbində saç sağlamlığını qorumaq üçün lazım olan proteinlər bol miqdardadır.

Milli.Az