Soğan və sarımsaq xərçəngin qarşısını alır?

16 Mart 2019 20:55

Sarımsaq və soğan bağırsaq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltmaq qabiliyyətinə malikdir.

Çin alimləri apardıqları elmi araşdırmalardan sonra bu qənaətə gəliblər.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Asiya və Sakit okean Klinik onkoloji jurnalında nəşr olunan məqalədə bildirilir ki, onlar 833 xəstə və bir çox sağlam insanla bağlı araşdırma aparıblar.

Daimi olaraq soğan və sarımsaq istifadə edənlər arasında xərçəngin inkişaf ehtimalının 79% azaldığı bildirilir.

Alimlər hesab edirlər ki, soğan və sarımsaq xərçənglə fəal mübarizə aparan birləşmələrlə zəngindir.

Milli.Az