ABŞ-ın cənubunda 23,5 min insan elektrik enerjisiz qaldı - SƏBƏB

10 Mart 2019 10:12

Tufan ABŞ-ın Arkanzas və Texas ştatlarında elektrik təchizatının kəsilməsinə səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, elektrik təchizatının kəsilməsi nəticəsində təxminən 23, 5 min insan elektrik enerjisiz qalıb.

Qeyd edilir ki, Arkanzas ştatında təxminən 13,5 min, Texasda isə 10 mindən artıq insan elektrik enerjisiz qalıb.

Milli.Az