Məşhur aktrisa 11 illik ərindən boşandı

10 Mart 2019 09:45

"İstanbullu gelin" serialında oynayan 50 yaşlı məşhur aktrisa Neslihan Yeldan 11 illik ingilis əri Leo Ceyms Feliks Pollokdan boşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlüyün 12 yaşlı oğlunun qəyyumluğu anasına verilib.

Məhkəmə Pollokun oğlu 18 yaşına çatana qədər hər ay 1600 dollar aliment ödəməsinə qərar verib. Həmçinin Leo Ceyms Feliks Pollok ildə bir dəfə uşağı üçün Londona gediş-gəliş bileti alacaq.

Milli.Az