Yüksək dağlıq ərazilərdə qar uçqunu ola bilər

9 Mart 2019 21:17

Martın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənilir.

Milli.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu yarımadada gecə 5-7°, gündüz 10-15°, Bakıda gecə 5-7°, gündüz 13-15° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6°, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

Nazirlik həmçinin xəbərdarlıq edir ki, martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.

Milli.Az