Bişkekdə yenidən atışma başladı

8 Aprel 2010 17:41
Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, hökumət evinə od vurulub. Zirzəmidən başlayan alov artıq bir neçə mərtəbəni bürüyüb. Bundan bir qədər sonra isə hökumət evinin qarşısında yenidən atışma səsləri eşidilməyə başlayıb.

Bu arada prezident Kurmanbek Bakiyevin xalqa müraciəti gözlənilir. Bəzi məlumatlara görə, o, bir sıra zəmanətlərin müqabilində istefa verməyə hazır olduğunu açıqlayacaq.
Milli etmad hökuməti isə Bolotbek Şerniyazovun yeni daxili işlər naziri təyin edildiyini açıqlayıb. "Kabar" agentliyinin məlumatına görə, hazırda daxili işlər orqanları ölkədə asayişin bərpası planı üzərində işləyir.

Milli.Az

Uyğun linklər:
Qırğızıstan: Prezident istefa verdi, parlament buraxıldı - FOTO - VİDEO
Qırğızıstanda hökümət istefa verdi - FOTO - VİDEO - YENİLƏNİB