Üzük falı, qulaq falı kimi hərəkətləri etmək düzgündürmü?

12 Mart 2019 22:10

Novruz bayramı axşamı və çərşənbələrdə üzük falı, qulaq falı kimi hərəkətləri etmək düzgündürmü?

Qeyd edilən hərəkətlər xalq içində adət şəklini alıb və milli ənənə kimi formalaşıb. Lakin dini və əxlaqi dəyərlərə uyğun gəlməyən davranışların yanlışlığı izah edilməli, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. İnsanların əksəriyyəti üçün Novruz bayramında üzük falı açmaq və ya qulaq falına çıxmaq dini ayin yox, əyləncə xarakteri daşıyır.

Milli.Az islam.az-a istinadən bildirir ki, buna görə də bu hərəkətlərə görə insanları dindən çıxmış saymaq və küfrdə ittiham etmək yanlışdır. Lakin üzük falı mənasız bir əməl olduğu üçün, hətta əyləncə məqsədi ilə edilməsi də arzuolunmazdır. Qulaq falına gəlincə, dinimizə görə evləri pusmaq, ailələrin şəxsi həyatına müdaxilə etmək, insanların sirlərini öyrənmək və yaymaq günahdır. Qulaq falı bu cür mənfi hallara gətirib-çıxardığı üçün düzgün deyil və insanlar bu kimi davranışlardan uzaq dursalar, daha yaxşıdır.

Milli.Az