ABŞ Şimali Koreyanın mərhələli denuklerizasiyasını dəstəkləmir

8 Mart 2019 08:37

Donald Trampın administrasiyasından heç kəs Şimali Koreyanın mərhələli denuklerizasiyasını dəstəkləmir, yalnız tam denuklerizasiyanı gözləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi deyib.

Departament nümayəndəsi bildirib: "Administrasiyada heç kəs mərhələli yanaşmanı dəstəkləmir. Bütün hallarda gözləntilər digər addımlar üçün şərt kimi Şimali Koreyanın tam denuklerizasiyasına gətirilir".

Milli.Az