“Kiralık aşk”ın ulduzu Bakıya gəlir

7 Mart 2019 20:19

"Kiralık aşk" serialı ilə şöhrətini daha da artıran aktrisa Nergis Kumbasar Bakıya gəlir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onun paytaxtımıza gəliş səbəbi Azərbaycan və Türkiyə birgə istehsalı olan "Çat kapı Aşk" filmidir.

Aktrisa filmin 11 mart tarixində keçiriləcək qala gecəsində iştirak edəcək.

Qeyd edək ki, onunla birgə Bakıya "Muhteşem Yüzyıl" serialı ilə tanınan aktrisa Müge Boz və Jess Molho da gələcək.

Milli.Az