Şəmistan Əlizamanlının “Diriliş Ərtoğrul”da yeni mahnısı - VİDEO

7 Mart 2019 14:45

Hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin TRT1 kanalında yayımlanan "Diriliş Ərtoğrul" serialının dünən yayımlanan 138-ci bölümündə yenidən rol alıb.

Milli.Az teleqraf-a istinadla xəbər verir ki, müğənni "Ərtoğrul bəy"in obasında "Allah yar olsun" mahnısını ifa edib.

Qeyd edək ki, Şəmistan Əlizamanlı serialın yeni mövsümünün ilk seriyasında başlayaraq, ozan rolunda çəkilməyə başlayıb. O, "Diriliş Ərtoğrul" serialının 127-ci bölümündə "Zəfər bismillah, səfər bismillah" mahnısını səsləndirmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da yeni mahnısı