Azərbaycana qaytarılmış hərbi əsir ailəsinə verilməyib

8 Aprel 2010 16:44
Bu barədə Milli.Az xəbər portalına hərbi əsirin atası Rəhman Həsənov məlumat verib. O, bildirib ki, hələlik ailə üzvləri Rafiqlə görüşməyiblər. "Hökümətin öz işidir. Hökumətimiz nə məsləhət bilər, onu da edər. Heç nə bilmirəm. Oğlumun harada olması və nə vaxt veriləcəyi barədə bizə heç nə deyilməyib" - deyə R.Həsənov əlavə etdi.

Rafiq Həsənov 8 oktyabr 2008-ci ildə qoşunların təmas xəttində, Qazax rayonunun Kəmərli kəndində əsir götürülüb. O, dünən saat 12:30-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Ermənistan ilə sərhədində Azərbaycan tərəfinə qaytarılıb.

2009-cu il mayın 10-da cəbhənin Füzuli istiqamətində əsir götürülmüş əsgər Anar Hacıyev və 2009-cu ilin dekabrında Tovuz rayonunda girov götürülmüş Eldar Tağıyev isə hələ də Ermənistan tərəfində saxlanılır.

Anar Məmmədov
Milli.Az