Doğulmayan övladlarının İnstagram-da 90 min izləyicisi var - FOTO

7 Mart 2019 11:12

Türkiyəli məşhur cütlük Fahriye Evcenlə Burak Özçivitin bir ay sonra övladları dünyaya gələcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar bildirib ki, doğulacaq oğullarına Karan adını qoyacaqlar.

Cütlüyün bu açıqlamasından sonra sosial şəbəkələrdə Karanın adına hesablar açılmağa başlayıb.

Fahriye ilə Burak sözügedən səhifələri bağlatsa da, buna tam nail ola bilməyib. Belə ki, hazırda İnstaqram-da Karan Özçivit adlı hesab fəaliyyət göstərir. Səhifədə heç bir paylaşım edilməsə də, artıq 90 minə yaxın "follower"i var.

Milli.Az