23 yaşlı futbolçu infarktdan öldü

6 Mart 2019 19:34

Bosniya və Herseqovinanın "Şiroki Brieq" komandasının qapıçısı Kreşimir Bandiç vəfat edib.

Milli.Az "report"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Mostar şəhərində dostunun evində dünyasını dəyişib. Onun infarkt keçirdiyi bildirilir.

Qeyd edək ki, K.Bandiçin vəfatı ilə əlaqədar olaraq Bosniya və Herseqovina Premyer Liqasının XXII turunun oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Milli.Az