OnePlus 7-nin keyfiyyətli render fotoları təqdim olundu - FOTO

7 Mart 2019 08:05

OnLeaks ləqəbi ilə tanınan məşhur insayder Pricebaba adlı saytla birlikdə OnePlus 7 flaqman smartfonunun keyfiyyətli render fotolarını yaradıb. Bu barədə Gagadget saytı xəbər verib. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, smartfon slayder formatında hazırlanacaq. Lakin təqdim olunmuş render fotolarından belə qənaətə gəlmək olar ki, bu belə olmayacaq. Təqdim olunmuş render fotolarından da görmək olar ki, OnePlus 7 smartfonu xarici görünüşcə OnePlus 6T modelini xatırladacaq. Yəni smartfon küncləri əyilmiş formada şüşə gövdəyə sahib olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, OnePlus 7-nin ekranında heç bir çıxıntı hissə olmayacaq. Bunun yerinə smartfonun ön kamerası gövdənin yuxarı hissəsinin daxilinə yerləşdiriləcək. Smartfonun arxa panelində LED işıqlandırma sisteminə sahib üçlü kamera yerləşdiriləcək. Aşağı hissədə isə USB-C girişi olacaq. Son məlumat sızıntılarına əsasən OnePlus 7 smartfonu 6.5 düym ekran, Snapdragon 855 prosessoru, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 3700 mAh enerji tutumlu batareya və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Artıq təsdiq olunmuş məlumatdan məlumdur ki, OnePlus 7 modeli naqilsiz şarj texnologiyasına sahib olmayacaq.

Milli.Az